AZ

Ötən ilin 11 ayında 3 min 90 əkiz, 117 üçəm və 4 dördəm doğulub

Ötən ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyini rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 94 min 246 doğulan körpə qeydə alınıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,1-ə düşüb.

Doğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olub.

Körpələrdən 3 min 90-ı əkiz, 117-si üçəm və 4-ü isə dördəm doğulub.

Seçilən
0
20
nocomment.az

10Mənbələr