Fransız əsilli amerikalı kinorejissor Jannot Şvarç 87 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” kinorejissorun oğlu Saşa Şvarça istinadən məlumat yayıb.
Bildirilib ki, o, yanvarın 14-də tənəffüs çatışmazlığından Fransanın Loş şəhərindəki Mərkəzi Xəstəxanada dünyasını dəyişib.
Şvarç təxminən 60 il kino sahəsində çalışıb. Onun ən məşhur filmləri arasında "Jaws 2", "Santa Clause: The Movie" və "Supergirl" var.
Qeyd edək ki, dünən "Mulholland Drive", "Blue Velvet" filmlərinin əfsanəvi rejissoru Devid Linç 79 yaşında vəfat edib. Publika.az