Türkiyənin “Beşiktaş” komandasının anlaşdığı baş məşqçi Ule-Qunnar Solskyaer İstanbula gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Hava limanında jurnalistlərə açıqlama verən çalışdırıcı deyib: “Burada olmaqdan çox məmnunam. İşimə başlamağı səbirsizliklə gözləyirəm. Bu şəhərdə olmaq çox gözəldir".
51 yaşlı norveçli mütəxəssis ilə 1,5 illik müqavilə bağlanacağı gözlənilir.
Xatırladaq ki, Ule-Qunnar Solskyaer 2021-ci ilin noyabrından işsizdir. O, son olaraq İngiltərənin "Mançester Yunayted" komandasını çalışdırıb.