AZ

​İsrailin təhlükəsizlik kabineti razılaşmanı qəbul etdi

İsrailin təhlükəsizlik kabineti Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşmasını təsdiqləyib.Metbuat.az xəbər verir ki, bu barədə İsrail Baş Nazirlik ofisindən açıqlama verilib. Açıqlamada, müqavilənin siyasi, təhlükəsizlik və humanitar aspektlərdən baxıldığında müharibənin məqsədlərini dəstəklədiyi bildirilib. Sənəd təsdiq üçün hökumətə təqdim edilib.

Qeyd edək ki, İsrail və HƏMAS Qəzzada atəşkəs və əsir mübadiləsi haqqında razılığa gəliblər. Bu barədə Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani açıqlama vermişdi. Razılaşmaya görə, fələstinli məhbuslar və israilli girovlar tədricən təhvil veriləcək və İsrail qüvvələri Qəzzanın mərkəzindən tədricən çıxacaq.

Seçilən
0
15
metbuat.az

10Mənbələr