Hər bir qadının gündəlik həyatında özünü ifadə etməyin fərqli yolları var. Kimisi üçün güzgü qarşısında çəkilən cəsarətli bir eyeliner xətti, kimisi üçünsə ulduzların həyatına işıq tutan astroloji proqnozlar... Makiyaj və astrologiya – biri qadınların xarici görünüşünü, digəri isə daxili dünyasını bəzəyən bu iki fenomen, əsrlərdir qadınların həyatında əvəzolunmaz bir yerə sahibdir.
News24.az yenisabah.az- a istinadla gözəllik və bürclər arasındakı harmoniya dünyasına nəzər salacaq.
Hər bir bürcün özünəməxsus xarakteristikası var, buna görə də makiyaj üslubunu bürclərə görə fərdiləşdirmək maraqlı ola bilər.
Qoç enerjili və özünə inamlıdır. Cəsarətli və diqqət çəkən üslublar onları yaxşı göstərir. Qırmızı pomada, qrafik layner, təravətli dəri makiyajı bu bürcü tam olaraq özündə ehtiva edir.
Buğa zərif və təbii gözəlliyə vurğundur. Onlar yer tonlarını sevirlər. Bu səbəbdən şaftalı və ya gül rəngli allıq, təbii göz kölgəsi, yumşaq dodaq boyası onların gözəlliyini daha çox ortaya çıxarır.
Əkizlər dinamik və yaradıcıdır. Onlar parlaq və rəngli makiyajla daha füsunkar görünür. Neon rənglər, qlitter göz kölgəsi, fərqli layner stilləri onların təbiətini sözün əsl mənasında özündə əks etdirir.
Şirlər diqqət mərkəzində olmağı sevir. Onlar qızıl və parıltı ilə özlərini ifadə edirlər. Qızılı göz kölgəsi, qara dumanlı göz makiyajı, parlaq dodaqlar Şirlərin ən sevimli makiyajı ola bilər.
Qız təmiz və mükəmməl detallar sevər. Minimalist və zərif makiyaj, yəni nötr tonlu göz kölgəsi, incə eyeliner, dodaq parıldadıcısı onlara yaraşır.
Tərəzilər zəriflik və tarazlıq sevirlər. Romantik və harmonik rənglərə üstünlük verirlər. Çəhrayı və ya bənövşəyi tonlar, dumanlı göz makiyajı, qlanslı dodaq məhsulları tamamilə Tərəzilər üçündür.
Əqrəblər sirli və cazibədardır. Qaranlıq və dramatik makiyaj onlara uyğun gəlir. Tünd dodaq boyası (tünd qırmızı, bənövşəyi), kəskin eyeliner, tünd göz kölgəsindən istifadə etsələr daha cazibədar görünə bilərlər.
Oxatan macərapərəst və azaddır. Təbii, lakin canlı rənglərdən istifadə etməyi sevir. İşıltılı bronzer, şaftalı tonlu dodaq boyası, təbii dumanlı gözlər Oxatanların gözəlliyinə ayrı bir hava qatacaq.
Oğlaqlar klassik və ciddi üslubları sevirlər. Dəbdəbəli, lakin sadə görünüş onlara yaraşır. Tərtəmiz dəri makiyajı, qəhvə tonlu dodaqlar, sadə eyeliner onlar üçün kifayətdir.
Dolçalar orijinal və müasir üslub sevirlər. Fərqli rəngləri qarışdırmaqdan çəkinmirlər. Mavi və ya gümüş tonlu göz kölgəsi, parlaq dodaq parıldadıcısı, metalik toxunuşlar Dolça qadınlarını daha gözəl göstərə bilər.
Balıqlar xəyalpərəst və romantikdir. Onlara efirvari və incə rənglər yaraşır. İşıltılı pastel tonlar, nəmləndirici dodaq boyası, yüngül "highlighter" bu bürcün qadınlarına daha çox uyğundur.