AZ

Bu ərazilərdə parklar salınmalıdır -

Xəbər verdiyimiz kimi, Mərkəzi parkın davamı və ətraf ərazilərin abadlaşdırılması üçün 37 milyon manatdan çox vəsait sərf olunacaq. Bəs turistlərin də diqqətin cəlb etmək istəyiriksə, parklarda hansı yenilikləri etməliyik? Mövzu ilə əlaqədar turizm eksperti Rəhman Quliyev Metbuat.az-a danışarkən bildirib ki, beynəlxalq təcrübəyə əsaslansaq, xüsusən Avropa və Asiya ölkələrində şəhər mərkəzində parklara üstünlük verirlər: “Çünki bu, həm yerli sakinlər üçün, həm də əcnəbi turistlər üçün çox vacib məsələdir. Eyni zamanda birbaşa ekologiya ilə bağlı olduğuna görə şəhərin təmizliyi və sakinlərin həftə sonu istirahəti üçün münbit şərait yaradıb. Əslində, bizim ekonom büdcəli, həftəsonu rayonlara gedə bilməyən yerli turistlər üçün də şəhər mərkəzində olan parklar maraqlıdır. Ancaq regionda da parkların salınmasını zəruri hesab edirəm. Çünki Azərbaycana gələn turist artıq paytaxtla yanaşı, regionlara da səfər edir”.
Ekspertin sözlərinə görə, regionlarda turistlər üçün əyləncələr az olduğuna görə parkların olması daha vacibdir: “Paytaxtdan kənarda da böyük parkların olması zəruridir. Həmin parkda uşaq əyləncələri, müxtəlif attraksionların, idman mərkəzlərinin, restoran və kafelərin fəaliyyət göstərməsi yeni iş yerlərinin açılmasına da şərait yaradacaq. Məsələn, Nyu-Yorkun mərkəzində şəhərin üçdə biri qədər böyük bir park var və birbaşa Nyu-Yorkun nəfəs verən simvolu sayılır. Bu mənzərəyə Romada da rast gəlmək mümkündür. Bütün avropalılar Romaya gələndə mütləq həmin parkları gəzirlər. Eyni zamanda bu, Parisdə də, Avstriyada da mövcuddur. Ümumi olaraq inkişaf etmiş turizm ölkələrində bu tendensiyaya çox önəm verirlər. Azərbaycanda da müəyyən parklar var ki, ərazidə söküntü işləri aparıb onların genişləndirilməsi üçün müəyyən qədər imkanlar var. Belə davam etsə, yaxın onillikdə Azərbaycanda park mədəniyyəti dünya ölkələrinin liderlər siyahısına daxil ola bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
0
26
metbuat.az

10Mənbələr