Rusiya özünün ilk uçan avtomobilini nümayiş etdirib...
Milli.Az bildirir ki, bu barədə "Telegram" kanalı xəbər verib.
Qeyd edilir ki, Rusiyada ilk uçan avtomobilinin prototipi "İF-9" adı ilə Moskvanın "Filatov" Konstruktor Bürosu tərəfindən təqdim edilib. Model hazırda sınaqlara hazırlanır.
Məlumata görə, təqdim edilən şəkillərdə avtomobilin 1:5 miqyasında maketi göstərilib. Avtomobilin ikiyerli olması nəzərdə tutulur. Qapılar əvəzinə kabinənin şəffaf açılan örtüyü var.
Bundan əlavə, bildirilir ki, havada fövqəladə vəziyyət yarandığı təqdirdə, "İF-9″un kabinəsi pirotexniki patronlar vasitəsilə ayrılaraq, kapsula şəklində yuxarı atılır. Bu vəziyyətdə, sərnişinlər paraşütlə yerə enirlər.
Poliqon.info