AZ

Basketbol: “Sərhədçi” “Sabah”la bacarmadı

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 11-ci turuna start verilib.

Arena.az xəbər verir ki, 3-cü dövrənin ilk oyun günündə bir qarşılaşma baş tutub.

A qrupu çərçivəsində keçirilmiş yeganə oyuna “Sərhədçi” İdman Mərkəzi ev sahibliyi edib. Ötən turda məğlub olmuş çempionatın lideri “Sabah” bu dəfə azarkeşlərini sevindirə bilib. “Sərhədçi” ilə qarşılaşmada Rimas Kurtaniytisin komandası inamlı çıxışı ilə yadda qalıblar. Onlar 7 xal qərqi ilə qalib gəliblər. Oyunun ən dəyərli basketbolçusu 24 xal və 8 ribaundla Hassani Qravet (“Sabah”) seçilib.

11-cu turun növbəti oyunları (NTD – “Abşeron”, “Naxçıvan” – “Neftçi”, “Ordu” – “Sumqayıt”, “Şəki” – “Quba”, “Lənkəran” – “Gəncə”) yanvarın 18-də və 19-da keçiriləcək.

Azərbaycan Basketbol Liqası
A qrupu, 11-ci tur
17 yanvar

“Sabah” – “Sərhədçi” 85:78 (16:12, 20:19, 18:19, 31:28)
“Sərhədçi” İdman Mərkəzi.

Xallar: Sabah – 20. Naxçıvan – 18. Sərhədçi – 16. Neftçi – 14. Abşeron – 14. NTD – 11.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Seçilən
0
8
arena.az

10Mənbələr