Rusiya və İran tərəflərdən birinə, o cümlədən həmin ölkənin fiziki və hüquqi şəxslərinə birbaşa, eləcə də dolayısı ilə yönəlmiş birtərəfli sanksiya tədbirlərinin tətbiq edilməməsinə zəmanət verir.
"Unikal" xəbər verir ki, bu müddəa iki ölkə prezidentinin imzaladığı Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsində öz əksini tapıb.
Həmçinin qeyd edilir ki, Rusiya və İran “ekstraterritorial xarakter daşıyan birtərəfli məcburiyyət tədbirlərinin tətbiqinə qarşıdırlar və onların tətbiqini beynəlxalq səviyyədə qeyri-qanuni və dostluğa sığmayan hərəkət hesab edirlər”.
“Razılığa gələn tərəflər beynəlxalq münasibətlərdə bu cür tədbirlərin tətbiqi təcrübəsinin aradan qaldırılmasına yönəlmiş səyləri əlaqələndirir və çoxtərəfli təşəbbüsləri dəstəkləyirlər”, - sənəddə deyilir.
Bundan əlavə, Rusiya və İran, əgər bu cür tədbirlər tərəflərdən birinə birbaşa və ya dolayısı ilə təsir edərsə, ona yönələrsə, üçüncü tərəfin hər hansı sanksiyalarına qoşulmaqdan və ya dəstəkləməkdən çəkinməyə razılaşıb.
Sənəddə qeyd olunur ki, “Razılığa gələn tərəflərdən birinə qarşı hər hansı üçüncü şəxs tərəfindən birtərəfli sanksiya tədbirləri tətbiq olunarsa, razılaşan tərəflər riskləri azaltmaq, bu tədbirlərin birbaşa və dolayı təsirini aradan qaldırmaq və ya minimuma endirmək üçün əməli səylər göstərməlidirlər”.