1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyə Superliqasının 20-ci turunda "Hatayspor" və "Qalatasaray" komandaları üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, Mersin stadionunda keçirilən görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.
"Hatayspor"un qolu 28-ci dəqiqədə Cemali Serteldən gəlib. "Qalatasaray"ın qolunu 56-cı dəqiqədə Viktor Osimhen penaltidən vurub.
Bu nəticədən sonra lider "Qalatasaray" xalların 51-ə, "Hatayspor" isə 10-a yüksəldib.