Mingəçevir şəhərində iki məktəb direktoru vəzifəsindən azad edilib.
Yenisabah.az "Report"a istinadən xəbər verir ki, şəhərdəki 3 nömrəli məktəbin direktoru Gültəkin Quliyeva və 9 nömrəli məktəbin direktoru Fərqanə Niyazova tutduqları vəzifədən çıxarılıb.
Qeyd edək ki, G.Quliyeva yaş həddinə görə, F.Niyazova isə onunla bağlanmış müqavilənin başa çatması səbəbi ilə işdən azad olunub.
Telegram kanalımız