AZ

Dövlət ittihamçılarından ibarət qrup yaradılıb -  Hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi başlayıb (YENİLƏNİB) 

Bu gün Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi başlayıb.

Mia.az xəbər verir ki, bu proses ilk növbədə, Ermənistanın işğalçı, təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və digər qanunsuz əməllərinin məhkəmə yolu təsbit olunmasına xidmət edəcək.

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində dövlət ittihamçılarından ibarət qrup yaradılıb.

Bu gün Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi başlayır.

Mia.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş qanunsuz əməllərə dair cinayət işinə Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılacaq.

Bu gün, həmçinin, Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə başlayır.

Seçilən
1
1
mia.az

5Mənbələr