ABŞ Konqresinin Büdcə Ofisi (CBO) federal hökumətin büdcə kəsirinin 2025-ci maliyyə ilində 1,87 trilyon dollara düşəcəyini, iqtisadi artımın isə 2025-ci ildə 1,9 faizə enəcəyini proqnozlaşdırıb.
ABŞ Konqresinin Büdcə Ofisi (CBO) "Büdcə və İqtisadi Görünüş: 2025-2035" hesabatını dərc edib.
Hesabatda federal hökumətin 2024-cü maliyyə ilində 1,91 trilyon dollar olan büdcə kəsirinin bu il 1,87 trilyon dollara qədər azalacağı gözlənilir.
Hesabatda büdcə kəsirinin gələn il 1,71 dollara qədər azalacağı və 2035-ci ildə 2,70 trilyon dollara çatacağı gözlənilir.
Hesabatda qeyd olunub ki, ötən il 97,8 faiz olan dövlət borcunun ümumi daxili məhsula nisbətinin bu il 99,9 faizə yüksəlməsi və 2035-ci ildə 118,5 faizlə bütün zamanların ən yüksək səviyyəsinə çatması gözlənilir.
İqtisadi inkişafın yavaşlayacağı bildirilən hesabatda keçən il yüzdə 2,3 olan artımın 2025-ci ildə yüzdə 1,9, 2026-cı ildə isə 1,8 faiz olacağı təxmin edildiyi bildirilib.