AZ

“Bu komanda gedir, o biri gəlir - Belə şey olar?“

Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov ölkədəki stadion çatışmazlığından danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis "İdman TV"də yayımlanan "Sportcast" verilişinə müsahibəsində bu məsələnin ciddi problemlərə səbəb olduğunu deyib:

"Bakı şəhərində meydançalar yoxdur. Çatmır.

Əgər bir meydanda 2 komanda məşq edirsə, nə nəticə olacaq? 1 saat yarımlıq məşq bitən kimi bu komanda gedir, o biri gəlir. Belə şey olar?

Adətən, məşq bitəndən sonra uşaqlar heç olmasa, 20-30 dəqiqə özləri üçün oynamalıdırlar. Topla işləmək, nəsə etmək istəyirlər.

Özü də əksər meydançalar süni ot örtüklüdür. Süni ot örtüklü meydançalar da futbolçuların əzələlərini bərbad hala salır. Tez zədə alırlar".

Seçilən
5
sportinfo.az

1Mənbələr