Qısqanc oğlan sevgilisini onun əlindən xilas etmək istəyən oğlanı qətlə yetirib.
Publika.az Baku TV-yə istinadla xəbər verir ki, Yusif müharibədə iştirak etdikdən sonra şəhərdəki kafelərdən birini işlədir. O, hələ də döyüş yoldaşları ilə əlaqə saxlayaraq müharibədə olduğu günləri xatırlayır.
İdrak və Afaq cütlüyü bir ilə yaxındır ki, sevgilidirlər. İdrak çox qısqanc biridir və bəzən Afaq haqqında beynində çirkin fikirlər yarada bilir.
Təbii ki, həmin düşüncələr onları yavaş-yavaş sonluğu yaxşı olmayan yola aparır.
Cütlük restoranda oturarkən Afaq əllərini yumaq üçün qalxır və bir qədər uzaqlaşır. Birdən onun telefonuna zəng gəlir. İdrak zəng edənin adının ekranda yazılmadığını görərək qaşqabağını sallayır və zəngə özü cavab verir.
Zəng edən kişi idi və o, birbaşa Afaqın adını çəkir. Kimin danışdığını soruşduqda isə İdrak əsəbini cilovlaya bilmir və nalayiq ifadələr işlədir.
Daha sonra İdrak heç nədən xəbəri olmayan Afaqın üstünə qışqırır və onu təhqir etməyə başlayır, qızı qolundan tutub kafedən çıxarır.