AZ

Cəbrayıl sakini: Ağrılı-acılı günlər keçmişdə qaldı

12 yaşında çıxdığım doğma torpağımıza dörd övladımla qayıdıram.

“İki sahil” xəbər verir ki, bunu Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Ramin Eyvazov deyib.

O bildirib ki, 30 ildən çox Sumqayıt şəhərində köçkün həyatı sürüb:

“Cəbrayıldan çıxanda beşinci sinifdə oxuyurdum. Çox çətin günlər yaşadıq. Şükürlər olsun ki, o ağrılı-acılı günlər keçmişdə qaldı. Bu gün biz öz doğma yurdumuza qayıdırıq. Dörd övladımla 12 yaşında çıxdığım Vətənimə qayıdıram.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, yanvarın 18-də növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınıb.

Seçilən
2
2
ikisahil.az

6Mənbələr