AZ

Kolumbiyada silahlı toqquşmalarda 30 nəfər ölüb

Kolumbiyada silahlı üsyançı qrup Milli Azadlıq Ordusu (ELN) ilə Kolumbiyanın keçmiş İnqilabçı Silahlı Qüvvələrinin (FARC) 33-cü cəbhəsi arasında dünəndən bəri baş verən qarşıdurmalarda 30 nəfər ölüb.

“İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, Ombudsman Aparatı ölkənin şimalındakı Santander inzibati bölgəsinin Katatumbo bölgəsində ELN ilə keçmiş FARC üzvləri arasında baş verən qarşıdurmalarda mülki vətəndaşlar da daxil olmaqla çox sayda insanın həyatını itirdiyini açıqlayıb.

Yerli KİV-in məlumatına görə, 24-ü mülki vətəndaş olmaqla 30 nəfər həyatını itirib, 6-sı yaralanıb. 70 ailə evlərini tərk etmək məcburiyyətində qalıb.

Ölənlər arasında silahlarını yerə qoymuş 6 keçmiş FARC üzvü olduğu bildirilib.

Qeyd olunub ki, qarşıdurma səbəbindən müəssisələr bağlanıb, məktəblər də daxil olmaqla bütün ictimai binalar fəaliyyətini dayandırıb.

Prezident Qustavo Petronun göstərişi ilə Katatumbo bölgəsinə 300 nəfərlik hərbi qüvvənin göndərildiyi və silahlı qruplara qarşı əməliyyatın başladığı bildirilib.

Prezident Petro “X” sosial media platformasında verdiyi açıqlamada ELN-nin sülh üçün heç bir iradə nümayiş etdirmədiyini bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
12
ikisahil.az

1Mənbələr