AZ

"Fitch" Azərbaycanın uzunmüddətli reytinqini təsdiqləyib

Bakı. Trend:

"Fitch Ratings" agentliyi Azərbaycanın emitentinin xaricivalyutada uzunmüddətli defolt reytinqini (IDR) "BBB-" səviyyəsindətəsdiqləyib.

Trend reytinqagentliyinə istinadən xəbər verir ki, proqnoz “stabildir”

“Azərbaycanın reytinqi son dərəcə güclü xarici balans,qarşılaşdırılan ölkələr arasında ən aşağı səviyyəli dövlət borcu vəDövlət Neft Fondunun vacib aktivlərinin hesabına maliyyəelastikliyini əks etdirir. "Fitch" 2024-cü ildə xarici valyutadasuveren aktivləri (onların 83 faizi Azərbaycan Dövlət Neft Fondunda(SOFAZ), qalanları – Azərbaycan Mərkəzi Bankının rezervlərində yeralır) 76 milyard ABŞ dolları səviyəsində qiymətləndirir (ÜDM-ın 102faizi).

Azərbaycanın təmiz xarici aktivləri, hesablamalara görə, ÜDM-nin71%-i təşkil edir ki, bu da “BB” və “A” reytinqi olan suverenölkələr arasında ən yüksək nəticə sayılır”, - deyə agentliyinşərhində bildirilir.

Məlumata görə, reytinqin qalxmasına təsir edə biləcək faktorlar,iqtisadi siyasətin və institutsional imkanların möhkəmləndirilməsi,struktur islahatlarının uğurlu şəkildə aparılması və xaricibalansın əlavə gücləndirmə səyləridir.

Proqnozlara görə, cari ildə Azərbaycan profisitini orta hesablaÜDM-nin (2025-2026-cı il) 6,2 faizi civarında saxlayacaq.

Məqalədə:
Seçilən
11
az.trend.az

1Mənbələr