AZ

Azərbaycan qlobal nəqliyyat qovşağına çevrilir - Rəqəmsal Orta Dəhliz nə vəd edir?

Bakı. Trend:

Azərbaycanın qlobal nəqliyyat qovşağına çevrilməsi onun coğrafimövqeyi, strateji təşəbbüsləri və uğurla həyata keçiriləninfrastruktur layihələri ilə birbaşa əlaqədardır. Ölkə Şərq-Qərb vəŞimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsindəyerləşərək, ticarət, logistika və yükdaşımalar sahəsindəəhəmiyyətli rol oynayır. Azərbaycanın bu dəhlizlərdə rolu yalnıziqtisadi deyil, həm də geosiyasi baxımdan vacibdir. Bu təşəbbüslərölkəyə investisiya axını, yeni əməkdaşlıqlar və regional sabitlikgətirir. Qlobal nəqliyyat qovşağı kimi Azərbaycanın uğurlarıregionun inkişafına da böyük təsir göstərir.

Azərbaycanın Orta Dəhlizdəki fəal rolu regionun logistika vəticarət mərkəzinə çevrilməsinə, iqtisadi əməkdaşlığındərinləşməsinə və ölkənin qlobal ticarət əlaqələrində əhəmiyyətininartmasına böyük töhfə verir. Bu təşəbbüs Azərbaycanın beynəlxalqiqtisadi mövqeyini gücləndirir və onun strateji rolunu daha daartırır.

Statistik rəqəmlərə nəzər yetirsək, Azərbaycan ərazisindən keçənnəqliyyat dəhlizlərində daşınmış yüklərin həcminin müsbət dinamikailə inkişaf etdiyini görə bilərik. Belə ki, Dövlət StatistikaKomitəsinin açıqladığı məlumata əsasən, ötən ilin yanvar - noyabraylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərindədaşınmış yüklərin həcmi 30 254,8 min ton olub.

Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 282 min tonvə ya 0,9% çoxdur. Dövr ərzində yüklərin 13906,7 min tonu və ya46%-i dəmir yolu nəqliyyatı, 9105,4 min tonu və ya 30,1%-iavtomobil nəqliyyatı, 7242,7 min tonu və ya 23,9%-i dəniznəqliyyatı ilə daşınıb. Dəhlizlər vasitəsilə daşınmış yüklərin57%-ni və ya 17245,6 min tonunu tranzit yüklər təşkil edib.

Orta Dəhlizin funksionallığının artırılması məqsədilərəqəmsallaşma konsepsiyasının hazırlanması istiqamətində layihələrisə digər dəhlizlər qarşısında onun rəqabətqabililiyininartırılması və ticarətin asanlaşdırılmasında mühüm önəm kəsbedir.

Bu məqsədlə “Azərbaycan Dəmir Yolları” QSC(ADY) beynəlxalqdaşımaların sürətləndirilməsi ilə bağlı rəqəmsal həllər təqdimetməkdədir.

Qurumdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki,Azərbaycanı qlobal nəqliyyat qovşağına çevirməyi qarşısına məqsədqoyan ADY 2024-cü ildə də Şimal-Cənub, Şərq-Qərb beynəlxalqnəqliyyat dəhlizləri boyunca yerləşən ölkələrlə dəmiryol nəqliyyatıinfrastrukturunun rəqəmsallaşdırılması üzrə əməkdaşlığıgenişləndirib, onlayn tarif kalkulyatoru və “ADY Smart” platformasıilə yük sahibləri üçün səmərəli, sürətli və “bir pəncərə” sisteminəəsaslanan xidmətlər paketi təqdim edib.

Bildirilib ki, yükgöndərənlər artıq “ADY Smart” vasitəsilə yükünqeydiyyatından başlamış daşınmasına qədər bütün prosesləri realvaxt rejimində izləmək imkanı əldə edib: “ADY Smart”ın təqdimetdiyi yeniliklərdən biri saatlarla davam edən yük əməliyyatlarınınmüddətini 20 dəqiqəyə qədər azaldan rəqəmsal iş icazəsi (naryad)sistemidir.

Bu funksionallıq müştərilərə naryadın ayrılması üçün müraciəti“ADY Smart” vasitəsilə elektron qaydada, kağız sənədləşmə olmadanbirbaşa təqdim etmək, yük qaimələrini elektron formada hazırlamaq,eyni zamanda, emal və maliyyə sənədlərini sürətli qəbul etməkimkanı verir. Avtomatlaşdırılmış naryad prosesi sayəsindəmüştərilər vaxta qənaət edərək, sistemdəki elektron kabinetüzərindən naryadın ayrılma prosesinin bütün mərhələ və statuslarınıizləyə bilir”.

Vurğulanıb ki, digər mühüm nailiyyət beynəlxalq daşımalarısürətləndirən vahid CIM/SMGS elektron yük qaiməsinin tətbiqidir:“Bu həll bir neçə sənədi bir formatla əvəz etməyə imkan verir,gömrük prosedurlarını sürətləndirir və sərhədi keçərkən ortaya çıxabiləcək riskləri azaldır. Hesab-faktura olduğu kimi qonşu ölkələrinmövcud İT sistemlərinə ötürülür və “vahid daxiletmə” prinsipi iləişləyən avtomatlaşdırılmış məlumat mübadiləsini təmin edir.Bütövlükdə bu dəyişikliklər gömrük proseslərini sadələşdirir,beynəlxalq ticarətin inkişafına dəstək verir və iqtisadi əlaqələrigücləndirir”.

“Rəqəmsal həllər logistika proseslərini sadələşdirir vəbeynəlxalq müştərilərlə əlaqələri gücləndirərək Azərbaycanıregionda daha cəlbedici nəqliyyat mərkəzinə çevirir. Analojirəqəmsallaşma prosesləri Şərq-Qərb və Şimal-Cənub dəhlizlərindəhəyata keçirilir. Yük məlumatlarının mübadiləsini və“Track&Trace” rəqəmsal xidmətlərini təmin etmək üçün “GlobalDTC” şirkətinin yaratdığı beynəlxalq logistika platformasınainteqrasiya ADY-nin dəstəklədiyi təşəbbüslər sırasındadır.

Rəqəmsal yeniliklər ADY-nin strategiyasına uyğun olaraq həyatakeçirilir və əməliyyat səmərəliliyinin, ölkə ərazisindən keçənbeynəlxalq dəhlizlər üzrə tranzit həcmlərinin artırılmasına xidmətedir”, - deyə məlumatda qeyd olunub.

Seçilən
29
1
az.trend.az

2Mənbələr