Bakı, TurkicWorld
2024-cü ilin yanvar – dekabr aylarında Türkiyədən Gürcüstana elektrik avadanlıqları ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artaraq, 178 milyon 41 min 36 dollara bərabər olub.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“2024-cü ilin dekabr ayında Türkiyə Gürcüstana 19 milyon 163 min 15 dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 10,4 faiz çoxdur ” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,9 faiz artaraq, 16 milyard 677 milyon 730 min dollara bərabər olub.
“2024-cü ilin dekabr ayında Türkiyə 1 milyard 478 milyon 712 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 3,3 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2023 – dekabr 2024) Türkiyə 16 milyard 677 milyon 730 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.