AZ

20 yanvarla bağlı Britaniya parlamentində sənəd irəli sürülüb

Böyük Britaniya parlamentində qanunverici sənəd statusunda olan 644 nömrəli erkən gündəlik təklifi 20 yanvarla bağlı (Early Day Motion) təqdim edilib.

AzPost “Report”a isinadən xəbər verir ki, bu təklif deputat Bob Bləkmen tərəfindən irəli sürülüb və 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıdakı qırğınının 35-ci ildönümünün xatırlanmasını hədəfləyir.

Təklifdə 20 yanvarla bağlı vurğulanıb ki, Bakıya hərbi müdaxilə Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatına cavab olaraq həyata keçirilib.  Nəticədə təxminən 150 dinc sakin həlak olub. Bu qanunverici sənəd Böyük Britaniya Parlamentinin üzvlərini həmin faciəvi günün qurbanlarının xatirəsini anmağa və bu tarixi hadisələri yadda saxlamağa çağırır.

Deputat Bob Bləkmen təklifin mətnində 20 yanvarla bağlı hadisələrin əhəmiyyətini vurğulayaraq, xalqların azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin yaddaşlarda qalmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, erkən gündəlik təkliflər Böyük Britaniya Parlamentində müəyyən məsələlərə diqqət çəkmək  üçündür. Həmçinin müzakirələrə başlamaq məqsədilə təqdim edilən rəsmi qanunverici sənədlərdən biridir.

 

Seçilən
3
29
azpost.info

10Mənbələr