AZ

Beynəlxalq Valyuta Fondu qlobal artım proqnozunu açıqladı

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal artım proqnozunu 0,1 faiz bəndi artıraraq 3,3 faizə çatdırıb.

Teleqraf.com xəbər verir ki, Beynəlxalq Valyuta Fondu Dünya İqtisadi Görünüş Hesabatını yeniləyib. Maliyyə qurumu qlobal artımın 2025-2026-cı illərdə 3,3 faiz olacağını proqnozlaşdırıb.

Fondun hesabatında qeyd edilib ki,Türkiyə iqtisadiyyatı 2025-ci ildə 2,6%, ABŞ iqtisadiyyatı isə 2,7%artacaq. Avrozonada isə artım proqnozu 2025-ci ildə 1%-ə endirilib.Almaniya və İtaliya iqtisadiyyatı üçün artım proqnozları da aşağı salınıb. Əvəzində İspaniya , Böyük Britaniya üzrə proqnozlar müvafiq olaraq 0,9% , 1,6% səviyyəsinə yüksəldilib.

Yaponiya iqtisadiyyatı üçün isə artım 1,1%-də saxlanılıb. Həmçinin, Çin iqtisadiyyatı üçün artım göstəricisi 4,6%, Hindistan üçün 6,5%, Rusiya iqtisadiyyatı üçün isə 1,4% olaraq proqnozlaşdırılıb.


Müəllif: Fatimə Bağırova
Seçilən
1
teleqraf.com

1Mənbələr