AZ

FKSB-nin baş məşqçisi “Qarabağ”la oyundan danışdı

style='margin-bottom:10px;'>

Rumıniyanın FKSB klubunun baş məşqçisi Elias Xaralambus “Qarabağ”la bağlı fikirlərini bildirib.

QOL.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı kiprli mütəxəssis yanvarın 23-də Bakıda Ağdam klubu ilə keçirəcəkləri Avroliqanın 7-ci turunun oyunu haqda danışarkən deyib:

“Avropada bütün oyunlar çətindir. Rəqibimiz (“Qarabağ” - red.) yaxşı və təcrübəli komandadır. Biz sübut etmişik ki, uğur qazana bilərik. Qarşıdakı matçda xallar toplamalıyıq ki, ən yaxşı 8 komanda sırasına düşə bilək”.

Qeyd edək ki, Avroliqada 6 turdan sonra FKSB 11 xalla 10-cu, “Qarabağ” isə 3 xalla 33-cü yerdədir.

Seçilən
20
1
teleqraf.com

1Mənbələr