AZ

“Fitch”: Qarşıdakı 2 ildə Azərbaycanda iqtisadi artım illik 2,7 % olacaq

2025-ci ildə Azərbaycanda ÜDM artımı 3 %, 2026-cı ildə isə 2,4 % təşkil edəcək.

FED.az xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın kredit reytinqinin təsdiqlənməsinə dair hesabatında deyilir.

Beləliklə, 2025-2026-cı illərdə Azərbaycanda ÜDM-in orta illik artımı 2,7 % təşkil edəcək.

Agentlik qeyd edir ki, 2024-cü ildə Azərbaycanda ÜDM artımı ölkədə neft hasilatının daha yavaş azalması və Qarabağın bərpasının iqtisadi səmərəliliyi fonunda 4,1 %-ə qədər sürətlənib (2023-cü ildə 1,1 %).

"Biz artımın 2025-ci ildə 3 %-ə, 2026-cı ildə isə 2,4 %-ə qədər yavaşlayacağını gözləyirik, lakin artım yenə də dövlət investisiyaları ilə dəstəklənəcək", - agentlik bildirir.

“Fitch” Azərbaycanda neft hasilatının azalma tempinin yavaşlaması tendensiyasının davam edəcəyini və qaz hasilatının artımı ilə müşayiət olunacağını gözləyir.

Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM-in 3,5 %, 2026-cı ildə isə 2,8 % artacağını proqnozlaşdırır. (Report)

Seçilən
1
3
fed.az

4Mənbələr