AZ

Rusiya bankı İranda törəmə bankını açmağı planlaşdırır

VTB 2025-ci ilin sonuna kimi İranda törəmə bankını açmağı planlaşdırır.

FED.az xəbər verir ki, bunu qeyd olunan bankın rəhbəri Andrey Kostin Moskvada jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Bildirmək istəyirəm ki, bu gün biz ilin sonuna kimi İranda bank açmağı planlaşdırdığımızı elan etmək istəyirik. İlk Rusiya bankının İran bazarına gəlişi elan olunacaq. Biz İran rəhbərliyinə müraciət edirik və ümid edirik ki, ilin sonuna kimi onlar bizə icazə verəcəklər”, - deyə Kostin bildirib.

VTB rəhbəri əlavə edib ki, bankın artıq İranda nümayəndəliyi var və həmin maliyyə müəssisəsi ölkədə bank kartlarının istifadəsi imkanlarının genişlənməsi üzərində işlərə başlayıb.

“Proses artıq gedir, kartlar artıq işləməyə başlayıb, ancaq biz bu sistemi genişləndirməyi planlaşdırırıq, (ümid edirik ki,) İrana gələn istənilən Rusiya vətəndaşı, həmin kartlardan istifadə edəcək, onların vasitəsilə ödənişlər həyata keçirə biləcək”, - deyə Kostin vurğualyıb.

Xatırladaq ki, VTB İranda ilk nümayəndəliyini 2023-cü ildə açıb və beləcə, İslam Respublikasında təmsil olunan ilk Rusiya bankına çevrilib. (Trend)

Seçilən
0
1
fed.az

2Mənbələr