AZ

Kobaxidzedən dünyaya mesaj – İlham Əliyev bizim üçün də örnəkdir

Ötən il oktyabrın 26-dakı parlament seçkisindən sonra Gürcüstan baş naziri İrakli Kobaxidzenin ilk xarici səfərini niyə məhz Azərbaycana etməsinin səbəblərindən biri onun dünənki bu açıqlamasındadır: “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də örnəksiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur”.

KONKRET.az xəbər verir ki, bunu deputat Sahib Alıyev özünün “Facebook” səhifəsində yazıb: Mətbuat qarşısında səsləndirilən bu bəyanatla cənab Kobaxidze əslində ölkəsinin də Azərbaycanın getdiyi yolla gedəcəyini, yəni ancaq öz milli maraqlarından çıxış edəcəyini, hər hansı bir gücün diqtəsi ilə durub-oturmayacağı, ən azından belə bir niyyətdə olduqlarını diqqətə çatdırırdı. Qərbdəki bəlli çevrələrin rəsmi Tiflisə etdikləri təzyiqlərin də arxasında ilk növbədə bax, “Gürcü Arzusu”nun həmən güclərin bizim regionda bölücü xətlər çəkmək planında yer almaq istəməməsi durur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Sizin partiyanızın qələbəsi bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit region olması üçün xüsusi əhəmiyyət daşıyır”, sözləri də həm yuxarıdakı fikri təsdiqləyir, həm də bizim “Gürcü Arzusu”na rəğbətimizin səbəbinə aydınlıq gətirir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
7
konkret.az

1Mənbələr