Bakı. Trend:
Bu gün İran paytaxtı Tehran şəhərinin Məhkəmə Sarayınınqarşısında üç hakim və bir mühafizəçi güllələnib.
Bu barədə Trendyerli KİV-ə istinadən məlumat verib.
Məlumata görə, hadisə nəticəsində iki hakim ölüb, bir hakim vəmühafizəçi yaralanıb.
Hadisəni törədənin məhkəmə işçisi olduğu və intihar etdiyibildirilir.