Azərbaycanın Suriyadakı səfirliyinin açılması ilə bağlı texniki işlər yekunlaşmaqdadır.
Musavat.com-un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Nazir prosesin qısa zamanda yekunlaşacağını qeyd edib. "İlkin mərhələdə müvəqqəti işlər vəkili təyin olunacaq", deyə nazir əlavə edib.
Nigar HƏSƏNLİ,
Musavat.com