AZ

Bu, həmin Vardanyandır: Qərb ondan nələr yazırdı? İndi nə istəyir?

Bakıda hərbi və insanlığa qarşı cinayətlərdə ittiham edilən keçmiş və qondarma “dqr rəhbər”ləri içərisindən Ruben Vardanyanın “müdafiə qrupu” xüsusi canfəşanlıq edir, elə bəzi Qərb media qurupları da əsasən bu erməni milyarderin üzərində manipulyasiyalar aparırlar: ondan “siyasi məhbus” düzəltmək üçün əldən-ayaqdan gedirlər.
Niyə məhz Ruben Vardanyan, məsələn, Araik Arutyunyan və ya Saakyan yox? Niyə “beynəlxalq media” Vardanyanın üzərinə fokuslanıb? Bu məqam hər kəsə bəllidir: Ötən ilin aprelində "Bank of Georgia" Ermənistanın "Ameriabank"ının səhmlərinin 90%-ni alması üzrə sövdələşmə imzalandı. Bu sövdələşmə ilə bankın səhmlərin 60%-i "Bank of Georgia"nın sahibinə - "Bank of Georgia Croup PLC" korporasiyasına, 30%-i isə "Bank of Georgia"nın özünə keçdi. Qalan 10% pay isə əvvəlki qaydada Avropa Yenidənqurma və İnkişaf Bankında qaldı. Ermənistan bankı 303,6 milyon ABŞ dollarına alınmışdı. Şərtlərə görə, bank brendini və menecmentini dəyişməyəcək. "Ameriabank"ın o vaxta qədər əsas sahiblərindən biri isə Ruben Vardanyandır. Məhz bu sazişdən, bankın satılmasından sonra Vardanyanın “müdafiə komitələrini”nin işi gücləndi, beynəlxalq mediada onun müdafiəsinə həsr olunan və ictimai fikri yönəldən yazılar tirajlanmağa başladı, hətta Qərbin ən məşhur və bahalı vəkil kontorları Bakıda istintaq altında olan bu rusiyalı milyarderin müdafiəsinə qoşuldu. Halbuki Ruben Vardanyan Azərbaycana 2022-ci ilin sentyabrında gəlib. Ona qədər isə Rusiyada tanınmış milyarderlərdən sayılırdı və vəsaiti 1,3 milyarddan çox qiymətləndirilirdi. Və həmən bu Ruben Vardanyan Azərbaycana gələnə qədər, Rusiyada çalışdığı vaxtlarda OCCRP (Mütəşəkkil cinayətkarlıq və korrupsiya hesabatı layihəsi) geniş araşdırma yazısı ilə çıxış etmişdi, Ruben Vardanyanın “Troyka Dialoq”unun hansı çirkli əməliyyatlar həyata keçirdiyi haqda böyük bir hesabat hazırlamışdı (Hesabat BURADA). 2019-cu ildə yayılan bu hesabat dünyanın bir çox nüfuzlu media orqanları, həmçinin "Quardian" (The Guardian), İcij.org (Link BURADA), Carnegieendowment.org (Link BURADA), Avrasianet ("Eurasianet", link BURADA), “Suddeutsche Zeitung” və s. dərc edilmişdi. O araşdırma-hesabatda nələr vardı, bir hissəsini yada salaq: “Ruben Vardanyan Rusiya maliyyə sənayesinin ən məşhur adamlarından biridir. O, Rusiyada ilk investisiya bankı olan “Troyka Dialoq”u qurub, yüksək etik standartlara uyğun iş apardığı üçün bir çox mükafatlar alıb. Bununla belə, “Troyka” əsas bizneslə yanaşı, bütöv bir ofşor şirkətlər sistemi yaradıb ki, onun vasitəsilə pul gizli şəkildə Rusiyanın ən güclü adamlarına, məsələn, Vladimir Putinin dostu Sergey Rolduqinə ötürülüb. Bir neçə ildir ki, bu şirkətlərin hesablarından 4,5 milyard dollardan çox vəsait keçib. Pullar, xüsusən, Rusiyadan milyardlarla çirkli pulun yuyulması, nağdlaşdırılması və ya qeyri-qanuni çıxarılması ilə bağlı cinayət işlərində iştirak edən şirkətlərdən daxil olub. 2012-ci ildə “Troyka” “Sberbank”a satılıb. Onun yaratdığı ofşor şirkətlərin hesabları üzrə hərəkətlər 2013-cü ilə qədər davam edib. Ruben Vardanyan 1992-ci ildə universiteti yeni bitirərək "Troyka"ya rəhbərlik edib. İnvestisiya bankı kommersiya bankından fərqli olaraq əhali ilə işləmir - o, əmanət cəlb etmir və kredit vermir. Böyük biznes və maliyyə korporasiyalarının maraqlarına xidmət edir. İndi demək olar ki, bütün iri biznesin dövlətə məxsus olduğu Rusiyada investisiya bankları ilə yüksək vəzifələrdə məmurların oğulları və qohumları və ya xüsusi xidmət orqanlarının adamları daha çox məşğul olurlar. 1990-cı illərdə bankın rəhbəri Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin sadəcə hazırcavab tələbəsi - Vardanyan imiş. 2000-ci illərin əvvəllərində “Troyka”nın Nyu York və Londonda ofisləri açıldı. Ancaq eyni zamanda, ekzotik ofşorlarda - Panamada və ya Britaniyanın Virciniya adalarında broşürlərdə qeyd olunmayan, tamamilə fərqli şirkətlər yaradılıb. 2013-cü ildə Litvada ən böyük beş bankdan biri olan bu bankın lisenziyası ləğv edilib. Bankın sahibi Vladimir Romanov dələduzluqda və mənimsəmədə ittiham olunurdu. Bundan əlavə, “Ukio” Rusiyadan çirkli pulların yuyulmasında şübhəli bilinirdi. Romanov Litvanı tərk edib və 2017-ci ildə Rusiyadan siyasi sığınacaq alıb. Bu bank “Troyka” ilə əlaqəli ən azı 30 şirkətin hesabına xidmət göstərirdi. Bu şirkətlərin adından yazışmaları investisiya bankının əməkdaşları aparıb, bəzi şirkətlər Ruben Vardanyanın “American Express” kartına və ona yaxın adamlara ödənişlər edib. Şirkətlərdən biri amerikalı müğənni Prinsin “Troyka” korporativ gecəsində çıxışı üçün pul ödəyib. Qanunla qadağan olunmayıb, lakin şübhəlidir! Bank məlumatlarına əsaslanaraq, “Troyka” ən azı 76 bir-birinə bağlı ofşor firmadan ibarət bütöv bir ekosistem yaratmışdır. Onların bəziləri Litvanın “Ukio” bankında hesab açıb, namizədlər, o cümlədən Ermənistandan olan mövsümi işçilərlə qeydiyyatdan keçib. Latviya hüquq firmasının tərəfdaşı “Sorainen Canisin” sözlərinə görə, ofşor şəbəkələrin yaradılması və saxlanması qanunla qadağan edilmir: “Ancaq sual yaranır: investisiya bankının öz əməliyyatları üçün belə ofşorların yaradılmasında marağı nədir? Hesab edirəm ki, həm vergi orqanlarının, həm də çirkli pulların yuyulmasına qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının belə şirkətlərə çoxlu sualları ola bilər: onlardan kim və hansı əməliyyatlar üçün istifadə edir?” Klassik modeldə investisiya bankları iqtisadiyyatın inkişafı üçün pul toplamaq məqsədilə mövcuddur. “Troyka” rus şirkətlərinə sərmayə qoymağa, yeni fabriklər tikməyə və istehsala başlamağa hazır olan böyük xarici investorları necə tapmasından qürurla danışıb. Belə bir modeldə hər kəs qalib gəlməlidir: biznes böyüyür, dövlət vergilər, investorlar dividendlər, investisiya bankı isə komissiya alır. Lakin “Troyka”nın idarə etdiyi ofşor firmalar bunun əksini etdi: onlar milyonlarla dolları, xüsusən də cinayət sxemlərindən istifadə edərək ölkədən pul çıxaran şirkətlərdən aldılar. Və bu vəsaitlərin son alıcıları bir neçə top-meneceri, habelə yüksək rütbəli Rusiya məmurlarının qohumları və dostlarıdır. 1. Maqnitski işi“Hermitage Capital” investisiya fondunun keçmiş şirkətləri üçün gəlir vergisinin qaytarılması adı altında büdcədən 5,4 milyard rublun oğurlanması ilə bağlı “Maqnitski işi”ndə ortaya çıxan eyni şirkətlər tərəfindən “Troyka”nın nəzarətində olan ofşor hesablara 130 milyon dollar köçürülüb. Fondun əməkdaşının vəkili Sergey Maqnitski fırıldaqçılığın üstünü açmağa kömək edib və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Sonra həbs olunub və həbsxanada ölüb. Rusiyadan çıxarılan milyardlar bütün dünyaya yayılıb - vəkilin ölümündən sonra bir çox ölkədə çirkli pulların yuyulması ilə bağlı cinayət işləri açılıb. Sergey RolduginVladimir Putinin dostu, violonçel ifaçısı Sergey Rolduginlə əlaqəli şirkətlər 2007-2010-cu illər arasında “Troyka” ofşor sistemindən 69 milyon dollar alıblar. Panama arxivləri musiqiçinin firmalarına sözün əsl mənasında pul almağa imkan verən əməliyyatları ətraflı təsvir edib: Rolduginin şirkəti “Rosneft”in səhmlərini almaq üçün müqavilə bağlayıb, satıcı bunu yerinə yetirməyib və şirkət yüz minlərlə dollar alıb (müqavilənin pozulmasına görə kompensasiya - red). Məlum olub ki, belə müqavilələr “Troyka” ofşor sistemindəki şirkətlərlə bağlanıb. Samara qubernatorunun qohumu2008-2009-cu illərdə 80 yaşlı Rusiya vətəndaşı Anna Kurepina “Troyka” ofşor şirkətindən illik 5%-lə 15 milyon avro kredit alıb. Təqaüdçü Barselona yaxınlığında, Kosta Bravada torpaq almaq üçün təxminən 11 milyon avro xərcləyib. Kreditin şərtlərinə görə, Kurepina pulu 2019-cu ilin aprel ayına qədər - yəni təxminən 90 yaşında, bir ödənişlə və ya bütün dövr ərzində kiçik tranşlarla qaytarmalı idi. 2013-cü ildə kredit verən şirkətlərin bank hesabları bağlandı, o ana qədər Kurepinadan pul geri qaytarılmadı. “Troyka”nın dəniz bulud şirkətləri Kurepinanın villasının materiallarının tamamlanması üçün ispan firmasına daha 250 min dollar ödəyiblər. RAO UES-in menecerləri və Ruben Vardanyanın yaxın ətrafı Yüksək səviyyəli rus məmurların qohumlarına və dostlarına “Troyka” ofşor sistemindən ayırmalar olduqca qeyri-adi idi. Əsas ödənişlər Ruben Vardanyanın özü, ailəsi və yaxın ətrafı - adətən gənc islahatçı və ya sistemli liberal adlanan iri biznesmenlər və siyasətçilərlə bağlıdır. Yaxtalar, Britaniya məktəblərində uşaqlara dərs keçmək, Kapridə toy mərasimləri - bütün bu xərclər ofşor hesablardan ödənilib. Bəzən “Troyka” ofşor firmaları ilə aparılan əməliyyatlar həqiqətən də bütün Rusiya cəmiyyətinin maraqlarına toxunurdu. Məsələn, 2004-2008-ci illərdə RAO UES-də islahatların zirvəsində, “Troyka” qeyri-likvid enerji aktivlərinin, yəni SSRİ-nin nəhəng enerji imperiyasından qalan nisbətən kiçik aktivlərin alınmasını ödəyirdi - təmir şirkətləri və ya əsas olmayan telekommunikasiya biznesi kimi. Bununla belə, aktivlər yalnız RAO UES standartlarına görə kiçik idi və bəzən onlardan milyard dollarlıq özəl holdinqlər tikilirdi. Pul Rusiyanı tərk edir24 oktyabr 2008-ci ildə Rusiyanın SPK şirkəti Uruqvayın “South American Reinsurance” şirkətinə bir milyon 984 min dollar köçürüb. Ödənişin məqsədinin “mükafat” olduğu bildirilir. SPK-dan pul alan “South American” şirkəti Uruqvayda qeydiyyatdadır, lakin Litva bankında hesab açıb. Və şirkət nümayəndələri saxta elektron poçt ünvanlarından istifadə edərək bankla rus dilində yazışıblar. Pul Ruben Vardanyanın ekosisteminə daxil olurElə həmin gün, 24 oktyabr 2008-ci ildə Cənubi Amerika Təkrar Sığorta şirkətindən “Kentway”ə 500.000 dollar köçürülüb. Ödənişin məqsədində cəmi dörd söz var: “Vəkil Asatur Virabyan vasitəsilə” (müasir qaydalara görə, ödənişin məqsədi əməliyyatın iqtisadi mahiyyətini ətraflı təsvir etməlidir, əks halda bankın belə bir ödəniş etmək hüququ yoxdur - red). “Kentway”in əsl sahibinin kim olduğunu dəqiq söyləmək mümkün deyil - şirkətin internetdə veb-saytı yoxdur, o, nominal sahibləri və direktorları ilə qeydiyyatdan keçib. Lakin şirkət adından “Ukio” bankı ilə yazışmaları “Troyka Dialoq”un poçt hesabından Yuliya Matyaş aparıb. Pul xərclənir...Quantusun hesablarında “Kentway” tərəfindən göndərilən 1 milyon dollar artıq orada olan başqa 5 milyon dollara düşüb. Sonrakı 20 gün ərzində onlar kiçik miqdarda müxtəlif alıcılara dağıdılıb. Məsələn, 400 min dollar digər “Troyka” şirkətinin – “Brightwell Capital”ın hesabına borc şəklində köçürülüb və oradan əsas aktivi Moskvanın mərkəzindəki bina olan Rusiyanın “Novaqro” şirkətinin nizamnamə kapitalına yatırılıb. Biznesin ilk ofisi burada yerləşirdi. "Skolkovo" məktəbinin təsisçilərindən biri Ruben Vardanyandır. Üç milyon dollar borc kimi “Troyka”nın da yaratdığı “Gibraltar Purus Limited”in hesabına köçürülüb və Hollandiyanın “HEESEN YACHTS” gəmiqayırma şirkətindən yaxtanın alınmasına və avadanlıqla təchiz olunmasına xərclənib. 200 min - ”Troyka” ofşor şəbəkəsindən başqa bir şirkət olan “Gotland Industrial”a gedib, oradan da nə olduğu bilinməyən digər ofşor şirkətlərin hesablarına kiçik ödənişlər şəklində paylanıb”. Bu, sözügedən araşdırma-hesabatdan bir hissədir və bunlara əlavə edək:Qərbin birmənalı dəstək verdiyi Ukrayna Ruben Vardanyanı sanksiya siyahısına daxil edib. İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara Kanadanın nüfuzlu “Thej.ca” nəşrində dərc olunmuş “Ukrayna Ruben Vardanyana qarşı niyə sanksiyalar tətbiq etdi?” sərlövhəli məqaləsində yazır(dı) ki, Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma başladıqdan sonra Ukrayna tərəfi Vardanyana qarşı sanksiyalar tətbiq edərək barəsində axtarış elan edib. Erməni milyarder İran silahlarının Rusiyaya satışında əsas vasitəçilərdən olub. Eyni zamanda, diqqətə çatdırılıb ki, Rusiya-Ukrayna münaqişəsi səbəbindən Qərbin sonuncuya qarşı təzyiqlərə başlamasından sonra Vardanyan Rusiyanı tərk edərək bu ölkənin vətəndaşlığından imtina edib. “Düşünürəm ki, Vardanyanın Qərbin sanksiyalarına məruz qalan şəxslər siyahısına salınmasın səbəbi ilə bağlı sualınıza artıq cavab tapdınız. Bu adamın həm Ermənistanda, həm də Tehranda Rusiyanı Ukrayna ilə münaqişədə dəstəkləyən Kreml tərəfdarları ilə əlaqələri var. O, həmçinin yüksək rütbəli məmurların pullarının yuyulmasını təmin edib”. (Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür). Maraqlıdır ki, Ruben Vardanyanın əsas səhmdarı olduğu bank satılandan sonra OCCRP-ın Vardanyanla bağlı araşdırma yazısını tirajlayan rusdilli medianın əhəmiyyətli hissəsi bu materiallara girişi bloklayıb (Məsələn, BURADA. Amma linki vurmaqla siz materialın adını oxuya bilərsiniz). Və yaxud “Thej.ca” nəşrində dərc olunmuş “Ukrayna Ruben Vardanyana qarşı niyə sanksiyalar tətbiq etdi?” məqaləsi də artıq "404" göstərir (Link BURADA). Digər tərəfdən, hər şeyi “unudan”lar Vardanyanın bankının satılmasından bu bu satışdan onun təxminən 250 milyon dollardan çox vəsait qazanmasından sonra erməni əsilli rusiyalı milyarderi hətta Nobel Sülh müküfatına belə təqdim etməyə çalışdılar. Amma ən azı müdafiə etdikləri, “siyasi məhbus” çıxarmağa çalışdıqları və Azərbaycanda ötən gün başlayan məhkəmə prosesinə təzyiq etməyə cəhdləri fonunda heç olmasa, “strateji müttəfiqləri” Ukraynadan soruşsunlar ki, bu Ruben Vardanyana niyə sanksiya tətbiq edib?

Eyni zamanda, nə qədər "təmizləmə" işləri görsələr də, Qərb mediasında (elə Kanada mediasında da) Ruben Vardanyanla bağlı saysız-hesabsız məqalələrə rast gələ bilərlər: bu məqalə-araşdırmalarda Rubenin necə fəaliyyət göstərdiyi tam əksini tapıb.

Seçilən
0
1
buta.tv

10Mənbələr