AZ

Suriya Ərəb Dövlətləri Liqasına qayıtmaq istəyir

Suriya Ərəb Dövlətləri Liqasına (ƏDL) qayıtmaqı səbirsizliklə gözləyir, çünki ölkənin yeni hakimiyyəti regional siyasətdə iştirak etmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şibani Dəməşqdə ƏDL-nin baş katibinin müavini Hossam Zəki ilə görüşündə bildirib.

Hossam Zəki isə bildirib ki, ƏDL-na üzv ölkələr birlikdə Suriyanın iştirakını artırmağa çalışır.

Qeyd edək ki,təşkilat Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, SuriyaYəmən tərəfindən 22 mart 1945-ci ildə yaradılmışdır. Hazırda təşkilata 22 dövlət daxildir.


Müəllif: Qənirə Süleymanova
Seçilən
46
46
teleqraf.com

10Mənbələr