İranın paytaxtı Tehranda Ali Məhkəməbinası yaxınlığında baş verən silahlı hücum zamanı iki hakim həyatını itirib, biri isə yaralanıb.Metbuat.az musavat -a istinadən xəbər verir ki, İranın məhkəmə sistemi mətbuat xidməti bildirib ki, öldürülən hakimlər terrorizm və casusluqda şübhəli bilinən şəxslərin işlərinə baxırdı.Hücumun motivləri ilə bağlı hələlik əlavə məlumatverilməyib.Hadisə bölgədə böyük rezonans doğurub və istintaq davam edir.