Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Bayraktar TB3" silahlı PUA "PT-3" və "MAM-T" tipli sursatlar ilə ilk atış sınağını uğurla həyata keçirib.
"Bayraktar TB3" silahlı PUA Roketsan tərəfindən hazırlanmış iki "MAM-T" sursatı ilə havaya qalxıb.
Məlumata görə, "Bayraktar TB3" ilk hədəfi uğurla vurub.
Qeyd edək ki, ''Bayraktar TB3'' sınaqlarını müvafiq cədvələ uyğun olaraq davam etdirir.