AZ

“Hamı “Araz-Naxçıvan”ın gücünü bilir” – Rəşad Sadıqov

“Zirə” Misli premyer-liqasının 19-cu turunda “Araz-Naxçıvan”nı minimal hesabla məğlub etdi - 1:0.

“Football-plus.az” meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqovun oyunsonrası mətbuat konfransında dediklərini nəzərinizə çatdırır.

- Fasilədən sonra ilk oyun olmasına baxmayaraq, hər iki komanda aqressivlik, dinamika və ustalıq göstərdi. Oyun bizim üçün uğurlu başladı. 15-ci dəqiqəyə qədər təhlükəli hücumlarımız var idi. Birinci hissənin ikinci yarısını yaxşı keçirə biımədik. İkinci hissədə daha istəkli“Zirə” var idi. Hamı “Araz-Naxçıvan”ın gücünü bilir. Elmar möhkəm komanda formalaşdırıb.

- Narazı qaldığınız məqamlar varmı?
- İtkilərimiz var. Davit Volkov 10 gün idi məşq etmirdi. Ona ehtiyacımız olsaydı, meydana buraxacaqdıq.

- Meydanda yaşanan gərginliklə bağlı nə deyə bilərsiz?
- Çox üzücü idi ki, iki komanda arasında belə hallar yaşanır. Böyük bir insident də ola bilməzdi. İki komandaarasında gözəl münasibət var. Utqizin “sarı”sı olduğuna görə onu sakitləşdirməyə çalışdım. İkinci hissədə daha böyük hadisələr olmadı. Komandalar ikinci hissədə aqressivlik göstərmədi.

ƏSƏD SEYİDOV

Seçilən
10
24
football-plus.az

10Mənbələr