AZ

“Təbii ki, artıq rəqiblər “Araz-Naxçıvan”a daha diqqətli yanaşır” – üç məğlubiyyətin səbəbi...

“Araz-Naxçıvan” Misli premyer-liqasının 19-cu turunda səfərdə “Zirə”yə minimal hesabla məğlub oldu - 1:0.

“Qırmızı-ağlar” artıq 3 turdu xal qazana bilmir. Elmar Baxşıyevin yetirmələri buna qədər “Sabah”la “Qarabağ”a da uduzmuşdu.

Görəsən, nə baş verir? Rəqibləri Elmar Baxşıyevin komandasının sirrini tapıblar? “Football-plus.az” bu sualları təcrübəli mütəxəssis Aslan Kərimova ünvanlayıb:

“Komandanın daxilində problemlərin olduğunu düşünmürəm. Komandalarda bəzən belə enişlər olur. Düşünürəm ki, bu, müvəqqəti enişdi. Təbii ki, artıq rəqiblər “Araz-Naxçıvan”ı təhlil ediblər, onlara daha diqqətli yanaşırlar. Belə hallarda, adətən, bir qələbədən sonra hər şey qaydasına düşür. Ümid edək ki, “Araz-Naxçıvan” tez bir zamanda bu vəziyyətdən çıxacaq. Çünki ümumi komanda şəklində “Araz-Naxçıvan” bu il iddialı görünür”.

ƏSƏD SEYİDOV
Seçilən
3
24
football-plus.az

10Mənbələr