AZ

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il yanvarın 1-nə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5312,1 min nəfər olub. Bu rəqəmin 5029,8 min nəfərini məşğul əhali təşkil edib. Bu barədə Valyuta.Az Dövlət Statistika komitəsinə istinadən məıumat verir.

Muzdla çalışanların sayı və sektorlara bölünməsi

2024-cü il dekabrın 1-nə muzdla çalışan işçilərin sayı 1775,3 min nəfər olub. Onlardan:

  • Dövlət sektorunda 884,4 min nəfər,
  • Qeyri-dövlət sektorunda 890,9 min nəfər çalışıb.

Sahələr üzrə göstəricilər:

  • Neft-qaz sektoru: 31,6 min nəfər,
  • Qeyri neft-qaz sektoru: 1743,7 min nəfər.

Məhsul istehsalı sahələrində məşğulluq göstəriciləri

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8 faizi məhsul istehsalı sahələrində çalışıb:

  • Emal sənayesi: 7,5%,
  • Tikinti: 6,7%,
  • Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq: 3,2%,
  • Mədənçıxarma sənayesi: 1,9%,
  • Su təchizatı və tullantıların təmizlənməsi: 1,8%,
  • Elektrik enerjisi, qaz və buxar istehsalı: 1,7%.

Xidmət sahəsində işləyənlərin payı

Xidmət sahəsində muzdla çalışanların əsas göstəriciləri belədir:

  • Ticarət və nəqliyyat vasitələrinin təmiri: 18,5%,
  • Təhsil: 18,5%,
  • Səhiyyə və sosial xidmətlər: 8,5%,
  • Dövlət idarəetməsi və müdafiə: 6,4%,
  • İnzibati və yardımçı xidmətlər: 4,5%,
  • Nəqliyyat və anbar təsərrüfatı: 4,2%,
  • Turizm və ictimai iaşə: 3,4%,
  • İstirahət, əyləncə və incəsənət: 3%,
  • Maliyyə və sığorta fəaliyyəti: 2,2%,
  • İnformasiya və rabitə: 1,9%,
  • Daşınmaz əmlak əməliyyatları: 1,1%,
  • Digər xidmətlər: 1,1%.

İşsiz şəxslərin statistikası

2025-ci il yanvarın 1-ə olan vəziyyətə görə, Dövlət Məşğulluq Agentliyində qeydiyyata alınmış işsizlərin sayı 217,2 min nəfər olub. Onların 47,6%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 394,9 manat təşkil edib.

Orta aylıq iş saatlarının miqdarı

2024-cü ilin yanvar-noyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatları 148 saat təşkil edib.

 

Seçilən
12
5
valyuta.az

9Mənbələr