AZ

Atıcılıq Federasiyası “ilin ən yaxşı”larını mükafatlandırıb

Azərbaycan Atıcılıq Federasiyası (AAF) ötən ilin ən yaxşı idmançılarını mükafatlandırıb.

Apasport.az xəbər verir ki, il ərzində əldə etdikləri beynəlxalq uğurlara əsaslanan daxili qiymətləndirmə nəticəsində Vladislav Kalmıkov ilin "ən yaxşı kişi", Leyli Əliyeva isə "ən yaxşı qadın" idmançısı seçilib.

Atıcılıq üzrə olimpiya növlərində Azərbaycan rekordlarını yeniləyən Nigar Nəsirova, Ruslan Lunev, Reqina Meftaxetdinova, Zeynəb Sultanova və Üzeyir Tapdıqlı xüsusi mükafatlarla təltif olunublar.

Tədbirdə AAF-ın vitse-prezidentləri Zemfira Meftaxetdinova və Tofiq Bəylərov, baş katib Emin Cəfərov, eləcə də federasiyanın məşqçiləri və idmançıları iştirak ediblər.

Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib

AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib

"Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub

Nərgiz Süleymanova dünya çempionatına vəsiqə qazanıb

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb

Seçilən
50
5
apasport.az

6Mənbələr