“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunda qarşılaşacağı “Sabah”la matçın hazırlığını başa vurub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
“Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıblar. Futbolçulardan Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo zədə səbəbindən bu görüşü buraxacaqlar.
Qeyd edək ki, yanvarın 19-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sabah” oyununa saat 18:30-da start veriləcək.