AZ

"İsrail HƏMAS-ın azad edəcəyi əsirlərin siyahısını almayıb"

İsrail hələ də radikal Fələstinin HƏMAS hərəkatının azad edəcəyi əsirlərin siyahısını almayıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, bu siyahı olmadan Qəzza zolağında atəşkəs razılaşması həyata keçirilə bilməz.

"Razılaşdırıldığı kimi əsirlərin siyahısını almayana qədər Qəzza razılaşması ilə irəliləməyəcəyik. İsrail razılaşmanın pozulmasına dözməyəcək. Bütün məsuliyyət HƏMAS-ın üzərinə düşür", - Netanyahu bildirib.

Seçilən
16
7
publika.az

10Mənbələr