Bakı. Trend:
Avropa Aerokosmik Agentliyinin dəstəyi ilə bir qrup alim kütləvimeşə yanğınlarının indiyədək məlum olmayan fəsadlarını üzəçıxarıb.
Trend-inməlumatına görə, tədqiqatçıların qənaətinə görə, massiv meşəyanğınlarının yaratdığı risk hələ tam dərk edilməyib. Kosmosdançəkilən fotolar bu təhdidləri başa düşməyə kömək edir.
Alimlərin fikrincə meşə yanğınları meteoroloji vəziyyəti,küləyin tipini dəyişir, atmosferə külli miqdarda hisin daxil olmasıilə nəticələnir.
İntensiv meşə yanğınları atmosferə çox böyük həcmdə karbonqazının atılması ilə nəticələnir. 2023-cü ildə Kanadada 5 ay davamedən meşə yanğınlarında atmosferə buraxılan karbon qazının həcmiRusiyada 1 il ərzində yanma məhsullarından əmələ gələn istixanaqazlarının həcmindən çoxdur.
Eyni ildə Avstraliyada baş verən yanğınlar ozon təbəqəsindəkidəliyin 10 faiz böyüməsinə səbəb olub. Bu yanğından ayrılan kül vəhis minlərlə kilometr kənarda aşkar edilib.
Ən əsası isə, yanğına yaxın ərazilərdəki tikililərin divarındahis və kül aylarla qala bilir ki, bu da sağlamlığa zərərdir.