AZ

“Zirə” - “Araz-Naxçıvan” matçında iki yubiley

Azərbaycan Premyer Liqasında 19-cu turun “Zirə” – “Araz-Naxçıvan” matçı iki futbolçu üçün yubileylə əlamətdar olub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Belə ki, meydan sahiblərinin kapitanı Qismət Alıyev 200-cü, qonaqların müdafiəçisi Bəxtiyar Həsənalızadə isə 250-ci oyununa çıxıb.

Premyer Liqada 2014/2015-ci illər mövsümündə debüt edən Qismət ümumilikdə 11 qola imza atıb. İki klubda oynayan 28 yaşlı müdafiəçi “Qəbələ”də 70 matçda 1, “Zirə”də 130 görüşdə 10 dəfə fərqlənib.

Bəxtiyarın hesabında 7 qol var. 32 yaşlı müdafiəçi 2011/2012-ci illər mövsümündə “Sumqayıt” forması ilə Premyer Liqada debüt edib. O, ilk komandasında 158 (4 qol), “Zirə”də 23, “Sabah”da 52 (2 qol), “Araz-Naxçıvan”da 17 (1 qol) oyun keçirib.

Xatırladaq ki, bu matçda meydan sahibləri 1:0 hesabıyla qalib gəliblər.

Seçilən
6
4
arena.az

4Mənbələr