AZ

Obamanın etdiyi vicdansızlıq idi - Lavrov


Bayden administrasiyası Rusiya-ABŞ münasibətlərinə böyük ziyan vurdu.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Zərər çox böyükdür, lakin Donald Tramp administrasiyası da ilk müddətində ciddi ziyan vurdu. ABŞ-ın keçmiş prezidenti Barak Obama arxada elə bir miras qoymuşdu ki, Tramp və onun adamları bu işi öz üzərinə götürdü. Obamanın Trampın andiçməsindən üç həftə əvvəl tətbiq etdiyi sanksiyalar, diplomatlarımızı qovmaq, beş diplomatik mülkü oğurlamaq tamamilə vicdansız, qeyri-etik addım idi. Bayden administrasiyası da eyni şeyi etməyə çalışır”, - Lavrov bildirib.


Seçilən
25
news24.az

1Mənbələr