AZ

Arteta “Aston Villa” ilə heç-heçəyə aydınlıq gətirdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 22-ci turunun “Aston Villa” ilə ev oyunu (2:2) haqda fikrini paylaşıb.

Arena.az “Arsenal”ın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Komandamla inanılmaz dərəcədə fəxr edirəm, düşünürəm ki, bu, gözəl oyun idi. Belə bir komandaya qarşı, göstərdikləri ilə, altı gündə üç oyundan sonra, eyni oyunçularla, əvəzetmə imkanı olmadan, mən daha artıq qürur duya bilməzdim. Əlbəttə, nəticədən çox məyus oldum. Açığı, xüsusən də bir məqamda göstərdiyimiz müdafiəyə görə özümüzü təqsirləndirə bilərik. Bu ölkədə ən yüksək səviyyədə olmaq istəyiriksə, bu qəbildən səhvlər oyunumuzun bir hissəsi ola bilməz. Amma bundan başqa, belə güclü rəqiblə qarşılaşmada komandamdan daha nə istəyə bilərəm ki?”, deyə Arteta mövqeyini açıqlayıb.

Əlavə edək ki, “Aston Villa” “Arsenal”la sərər matçında 0:2 hesabından geri-dönüş edib.

22 turdan sonra 36 xal toplamış “Aston Villa” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Arsenal” isə 44 xalla 2-ci pillədədir.

Premyer Liqaya 21 oyundan sonra 50 xala malik “Liverpul” başçılıq edir.

Seçilən
45
12
arena.az

10Mənbələr