Bakı. Trend:
“Baku Fire” iki braziliyalı futzalçı ilə anlaşıb.
Trend FutzalFederasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, PauloHenrike Alves de Souza və Henrike Suares Qimaraeş yaya qədərkaryeralarını paytaxt təmsilçisində davam etdirəcəklər.
22 yaşlı futzalçılardan Paulo hücumçu, Qimaraeş isəmüdafiəçidir. P.Henrike sonuncu dəfə vətənində AABB, Henrike Suaresisə "ADİ İndaiatuba" klubunda çıxış edib.
Əvəzində Amadeu komandadan ayrılıb. O, Braziliyanın “Marreko”klubuna transfer olunub.
Qeyd edək ki, "Baku Fire" 8 oyundan sonra 22 xalla YüksəkLiqanın turnir cədvəlinə başçılıq edir.