Yanvarın 17-də Rusiyanın Hərbi Hava və Raket Hücumundan Müdafiə Qüvvələrinin keçmiş komandanı general Konstantin Oqienko rüşvət ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun vəkilinin sözlərinə görə, təqsirli bilinən hərbi komandir apellyasiya şikayəti verməyib və verməyi də planlaşdırmır.
Digər tərəfdən general həbsxanaya getməyi də düşünmür. Məlum olur ki, onun başqa planları var...
Oqienkonun vəkili İqor Vaqin bildirib ki, müvəkkili könüllü olaraq Ukrayna xüsusi əməliyyatlar zonasına getmək qərarına gəlib. vəkil bildirib o, xüsusi əməliyyatda istənilən missiyada iştirak etməyə hazırdır və lazım gələrsə, əməliyyatda sıravi əsgər kimi də iştirak edə bilər. Ancaq bir nüans var. Keçmiş hərbçinin sadə sıravi əsgər kimi cəbhə bölgəsinə xidmətə göndərilməsi çətin ki, mümkün olsun. Belə ki, generalın müdafiəçisi hesab edir ki, müdafiə etdiyi şəxsin gələcək taleyini həll edəcək məsul şəxslər ona yeni vəzifə tapşırarkən uzun illər Hava Hücumundan Müdafiə Qoşunlarında yüksək vəzifədə çalışmasını nəzərə alacaqlar.
TAHİR