AZ

Futbol üzrə Azərbaycan çempionatı dünya reytinqində 4 pillə irəlilədi

Misli Premyer Liqası dünya reytinqində 2023-cü illə müqayisədə 4 pillə irəliləyib.

Yenisabah.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin yekununa əsasən, dünyanın ən güclü 100 futbol liqasının siyahısını dərc edib.

Çempionatımız 434.25 əmsalla 36-cı yerə yüksəlib.

Ölkə çempionatı bu göstərici ilə Avropada 22-ci, keçmiş SSRİ ölkələri arasında isə 1-ci sıradadır.

Siyahıya aktivində 1992 əmsal olan İtaliya A Seriyası başçılıq edir. İspaniya La Liqası 2-ci (1885 əmsal), İngiltərə Premyer Liqası isə 3-cü sırada (1871) qərarlaşıb./Oxu.az


Telegram kanalımız
Seçilən
35
50
yenisabah.az

10Mənbələr