Astarada yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə rayonun Telman kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub.
Qəzada Astara rayonundan əkiz bacı olan 2006-cı il təvəllüdlü Zəhra və Fatimə Zamiq qızı Bayramovalar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəz Xəstəxanasına hospitalizasiya olunublar.
Yaralılara zəruri ilkin tibbi yardım göstərilib, müalicələri müvafiq şöbədə davam etdirilir.