AZ

"Gəncə"nin baş məşqçisi: "Yaxşı mübarizə apardıq"

Oyunun 2-ci və 3-cü periodlarında yaxşı mübarizə apardıq.

"Report" xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının XI turunda "Lənkəran"la görüşdən (79:66) sonra klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Mütəxəssis çatışmazlıqları aradan qaldırmaq üçün əllərindən gələni edəcəklərini söyləyib:

“Oyunun 2-ci və 3-cü periodlarında yaxşı mübarizə apardıq. Rotasiya edib oynadıq. Rəqibimizi oyuna görə təbrik edirəm. Bu matç bizim üçün göstərici ola bilməz. Sondan əvvəlki dövrənin ilk görüşü idi. Qarşıda daha 9 oyun var. Çatışmazlıqları aradan qaldırıb mübarizəni ən yaxşı şəkildə sürdürmək üçün əlimizdən gələni edəcəyik".

Seçilən
26
50
report.az

10Mənbələr