AZ

Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkiana samovar və Rusiyada qışı əks etdirən rəsm hədiyyə edib.

Azreform.info xəbər verir ki, bunu rusiyalı jurnalist Pavel Zarubin məlumat verib.

“Cənab Prezident, bu, Rusiya haqqında xatirədir. Rusiya qışda belə görünür. Bu isə bizim ənənəvi məhsulumuzdur - samovar!”, - Putin Pezeşkiana deyib.

Pezeşkian isə Putinin bu sözünə təbəssümlə cavab verib və bildirib ki, İranda “samovar” sözünü yaxşı bilirlər.(axar.az)

Seçilən
48
12
azreform.info

10Mənbələr