AZ

İmişlidə daha bir FACİƏ: ölən var

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Bakuinfo” xəbər verir ki, hadisə İmişli-Biləsuvar avtomobil yolunun rayonun Çaxırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mersedes Vito” markalı mikroavtobus yolu keçən Çaxırlı kənd sakini, 1936-cı il təvəllüdlü Aslanov Həsən Həsən oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
1056
50
bakuinfo.net

10Mənbələr