Qarabağda özünü buraxmış keçmiş qondarma rejimin “lider”lərindən sayılan Vitali Balasanyan Azərbaycan, Ermənistan, Rusiyaya müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
V.Balasanyan məktubunda liderlərdən ermənilərin Qarabağa qaytarılmasını istəyib.
Hətta Ermənistanda belə nüfuzunu itirən Balasanyanın bu addımı ermənilər arasında birmənalı qarşılanmayıb və gülüş doğurub.